Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib

saytların hazırlanması

Evə çatdırılma

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib

Hadisə

28 Mart 2026 23:25 585


Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 25-i azyaşlı olmaqla ümumilikdə 118 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri ümumilikdə FHN-in Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!