Sumqayıtda 79 yaşlı kişi səhvən kimyəvi maddə içərək ölüb.
"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda baş verib.
Sumqayıt şəhər sakini, 1940-cı il təvəllüdlü Rəcəbov Sovet Müstəcəb oğlu öz evində səhvən su əvəzinə kimyəvi maddə içib. Yaşlı kişini dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Dominos pizza
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız