Şübhə doğuran saytlarla bağlı qara siyahı hazırlandı

saytların hazırlanması

Evə çatdırılma

Şübhə doğuran saytlarla bağlı qara siyahı hazırlandı

Rəqəmsal

13 Mart 2019 21:58 1347


Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi Bakıda keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “blacklist.gov.az” informasiya resursunu təqdim edəcək.

Bu barədə Mərkəzdən bildirilib.  Söhbət insanları zərərli kontentlərdən qoruyan resursdan gedir ki, onun digər əsas funksiyalarından biri istifadəçi IP-lərinin virusa yoluxması barədə məlumatlandırması olacaq. 

“Burada insanları hədəfə alan, özündə zərərli məzmun saxlayan resursların siyahısı yerləşdiriləcək. İstifadəçilər özləri də şübhə doğuran saytlarla bağlı şikayət yollaya biləcəklər”, - deyə Mərkəzdən bildirilib.  pizza hut

Ona.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!