Bu gün Sudanda prezident Ömər əl-Bəşirin istefası və həbsi ilə nəticələnən hərbi çevrilişdən sonra ordu ölkədə hakimiyyəti 2 il müddətinə nəzarətə götürüb.
"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, müdafiə naziri Əvad bin Aufun sözlərinə görə, keçid dövrünün sonunda ölkədə seçkilər keçiriləcək. Nazir bildirib ki, Sudanda 3 ay müddətinə fövqəladə vəziyyət elan olunub, ölkədə 1 ay müddətinə komendant saat rejimi (saat 22:00-dan 04:00-a qədər) tətbiq edilib.
Telegram kanalımız