Sükanı sağdan sola keçirilmiş avtomobilləri alan şəxslərin NƏZƏRİNƏ

saytların hazırlanması

Evə çatdırılma

Sükanı sağdan sola keçirilmiş avtomobilləri alan şəxslərin NƏZƏRİNƏ

Avto

24 Dekabr 2024 01:22 3669


Sükanı sağdan sola keçirilmiş avtomobilləri alan şəxslər problemlərlə üzləşirlər.

Yenisabah.az Xəzər TV-yə istinadən xəbər verir ki, qiyməti aşağı olduğundan belə avtomobillərə maraq göstərənlər çoxdur. Lakin alanların çoxu sonradan problemlərlə üzləşirlər.

Avtomobil ustaları bildiriblər ki, sükanı sağdan sola keçirilmiş avtomobillərdə tez-tez qüsurlar yaranır. Toyuqlu pizza

Belə avtomobilləri, xüsusən, Yaponiya istehsalı olur. Ölkəmizə belə maşınların gətirilməsi qadağan olduğundan elə oradaca sükanı sağdan sola keçirilir. Bu da sonradan bir sıra problemlər yaradır.

Avtomobil nəqliyyatı üzrə ekspert Eldəniz Cəfərov deyir ki, sükan sisteminin dəyişdirilməsi zamanı bəzi avtomobillərdə standartlara uyğun olmayan ehtiyat hissələrindən istifadə edilir. Bu isə ciddi təhlükələr yaradır.

Ekspert bildirib ki, həmin avtomobillərdə dönmə bucağı, qısaqapanma, təhlükəsizlik yastıqlarının açılmaması, sensorların və digər elektron sistemlərin düzgün işləməməsi kimi müxtəlif problemlər yarana bilir. Bu da ya qəzanı, ya da qəza zamanı daha ağır fəsadları qaçılmaz edir.

E.Cəfərovun sözlərinə görə, bu cür avtomobillərin bazar dəyəri nisbətən aşağı olur. Ən yaxşı seçim orijinal sükanlı və düzgün texniki baxışdan keçmiş avtomobil almaqdır.

Xatırladaq ki, Azərbaycanda sükanı sağda olan avtomobillərin idarə edilməsi 1998-ci ildən qadağandır.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!