Süleyman Soylu Kəmaləddin Heydərova zəng edib dəstək istədi – Video

saytların hazırlanması

Evə çatdırılma

Süleyman Soylu Kəmaləddin Heydərova zəng edib dəstək istədi – Video

Siyasət

10 Fevral 2023 15:12 7070


Türkiyənin daxili işlər naziri Süleyman Soylu  fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla əlaqə saxlayaraq ondan yardım istəyib. 

Yenisabah.az xəbər verir ki, S.Soylu zəlzələ olan bölgə üçün çadıra ehtiyac olduğunu bildirib:

“Kəmaləddin qardaşım, bir az daha çadıra ehtiyacımız var. Bununla bağlı səy göstərərsən, minnətdar olaram. Burada böyük birlik var, zamanla yarışıb millətimiz qarşısında utanmadan xidmətdə olacağıq. Allah hamınızdan razı olsun”.  Dominos pizza

Qeyd edək ki,  İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin humanitar yardımları qardaş ölkəyə yola salınıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!