Sülh müqaviləsi bütün Cənubi Qafqazın xeyrinədir - Baş nazir

saytların hazırlanması

Evə çatdırılma

Sülh müqaviləsi bütün Cənubi Qafqazın xeyrinədir - Baş nazir

Rəsmi

01 İyun 2023 14:28 991


“Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir. Çünki bu, bütün Cənubi Qafqazın maraqları daxilindədir”.

Yenisabah.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Moldovada Avropa Siyasi Birliyinin sammitindəki açıqlamasında deyib.

O bildirib: “Düşünürəm ki, Gürcüstan regionumuzda sabitliyin və sülhün möhkəmləndirilməsində neytral, qərəzsiz rol oynayıb və oynayır. Bizim həm Azərbaycanla, həm də Ermənistanla əla münasibətlərimiz var. Gürcüstan Qarabağ müharibəsindən sonra 2021-ci ildə çox mühüm vasitəçilik rolunu oynadı. Biz, mahiyyət etibarilə, Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarını dəstəkləyirik və hesab edirik ki, bu, Gürcüstanın, Azərbaycanın, Ermənistanın və bütün regionun maraqlarına cavab verir”. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!