“Ermənistan tərəfindən Azərbaycana verilən sülh müqaviləsinin yeni layihəsi deyil, danışıqlar aparılmış müqavilənin variantında olan yeni təkliflərdir”.
Yenisabah.az “Pastinfo”ya istinadla xəbər verir ki, bu sözləri Ermənistan XİN-in sözçüsü Ani Badalyan bildirib. O, söyləyib ki, Ermənistan tərəfi artıq 5-ci dəfədir ki, rəsmi Bakıya sülh müqaviləsi ilə bağlı təkliflər göndərib.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 24-də İrəvanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün yeni təkliflərin Bakıya göndərdiyini açıqlamışdı. pizza hut
Badalyan isə təkliflərin nə vaxt göndərilməsi və Azərbaycan tərəfdən cavab olub-olmaması ilə bağlı açıqlama verməyib.
“Mənim bu məsələ ilə bağlı heç bir şərhim yoxdur”, – XİN rəsmisi söyləyib.
Telegram kanalımız