“Ermənistan və Azərbaycan Qarabağ məsələsini əbədi olaraq həll etmək üçün mümkün qədər tez sülh müqaviləsi bağlamalıdırlar”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.
O, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin qarşıdakı Vaşinqton görüşünə münasibət bildirib: Toyuqlu pizza
“Əgər belə bir söhbət olarsa, yaxud bu yolda müqavilə imzalanarsa, tərəflər arasındakı etimadın yaradılması üçün mina xəritələrin verilməsi əsas şərt ola bilər.
İnanıram ki, Baş nazir Paşinyan sülh müqaviləsini imzalamaq istəyir. Şübhəsiz ki, prezident Əliyev də bunu istəyir. Amma ən mühüm problem odur ki, Ermənistan müxalifəti sülh istəmir. Onlar nifrətdən pul qazanırlar. Müxalifət təmsilçiləri bilirlər ki, əgər əmin-amanlıq olarsa, o zaman indiki qədər pul qazanmaq onlara çox çətin olacaq. Buna görə də onlar təxribatlar törədirlər. Ermənistan bu münaqişə ilə bağlı demək olar ki, hər şeyi itirib”.
M. Brayza əlavə edib: “Digər tərəfdən, əgər Paşinyan hakimiyyətə qarşı fəaliyyət göstərən bu adamlara qalib gələ bilsə, o zaman Ermənistan çox şey qazana bilər. Yəni ermənilər təkcə sülhə deyil, həm də iqtisadi artıma nail ola bilərlər: iş yerləri, rifah, ümumi təhlükəsizlik və s. Ən əsası normal, yaxşı həyat”.
Sabiq səfir hesab edir ki, ABŞ-ın buna töhfə vermək üçün çox mühüm vəzifəsi var:
“Hazırda dövlət katibi Entoni Blinken bu məsələyə ciddi şəkildə yanaşır. Ümid edirəm ki, sülh müqaviləsinə doğru irəliləyiş Vaşinqtonun köməyi ilə olacaq.
Fikrimcə, Moskva hazırda Ukraynanı məhv etdiyi üçün artıq belə bir rol oynaya bilməz. Eləcə də Fransa da belə bir rol oynaya bilməz, çünki Fransa Ermənistanın tərəfini tutdu. Ümid edirəm ki, Vaşinqton bu vasitəçiliyi il boyu davam etdirəcək, onun sülh müqaviləsinin əldə edilməsinə həqiqi marağı var".
Rafi MÜSLÜMOV
Telegram kanalımız