“Prezidentə Praqada jurnalistlərimiz sual verəndə dövlət başçısı orada bir ehtiyat şərhi də qoyaraq dedi ki, ümid edirik, ilin sonuna qədər bu müqavilə imzalanar. Məncə də, sülh müqaviləsinin imzalanmasına keçən 2 il müddətinə nisbətən, bu gün daha yaxınıq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Orxan Vəliyev deyib.
Politoloq Ermənistanın “Hraparak” nəşrinin sülh müqaviləsinin noyabrın 9-da imzalanacağı ilə bağlı ortaya atdığı iddiaya şərh bildirib. pizza mizza
Analitik sözlərinə görə, burada digər bir məsələ də var ki, bütün müzakirələr hazırda Qərb tərəfindən aparılır və Azərbaycanın da burada əhəmiyyəti bir xeyli artıb:
“Hətta Serbiya prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə deyib ki, sizin Avropada dəyəriniz artmağa başlayıb. O baxımdan, güman etmək olar ki, sülh müqaviləsinin imzalanmasına daha yaxınıq.
Qaldı ki, müqavilənin 9 noyabrda imzalanmasına, bu, təbii ki, Azərbaycanın siyasi və enerji baxımından dəyərinin artmasıdır. Əgər olarsa, yəqin ki, bu çərçivədə olacaq. Çünki Avropanın bu məsələdəki ağırlığı artmağa, Rusiyanın isə azalmağa başlayıb. Düşünürəm ki, bu məsələyə yaxınıq, amma nəticə etibarilə, sonu görmək lazımdır”.
Politoloq izah edib ki, Ermənistanda və Ermənistandan kənarda yaşayan real düşünə bilən insanları izlədiyimiz zaman görürük ki, onlar başa düşürlər ki, artıq 2020-dən sonra Ermənistanın bir dövlət olaraq həyatda qalması üçün Azərbaycan və Türkiyə ilə razılaşması labüddür:
“Əks halda iqtisadi və sosial baxımdan onun üçün çox çətin olacaq.
Özü də indiki Ermənistan iqtidarının bu reallığı başa düşdüyünü müşahidə etmək olur. Görürlər ki, Azərbaycanla məğlubiyyəti qaçılmaz olan təkrar bir mübarizəyə girmək onun üçün heç əlverişli olmayacaq. Əksinə, Azərbaycanla razılaşması, sülh müqaviləsini bağlaması və ərazilərimizi tanıması onlar üçün prestij deməkdir. Çünki Türkiyə və Azərbaycan Cənubi Qafqazda demoqrafik və iqtisadi baxımdan daha böyük bir ölkədir.
Ona görə də erməni tərəfi məntiqlə düşünsə, onlar üçün sülh müqaviləsinin imzalanması qazanc deməkdir. O baxımdan, cəmiyyəti hazırlamağa çalışmış ola bilərlər”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız