“Sülh müqaviləsi üçün bütün səylər göstərilir“ - Matviyenko

saytların hazırlanması

Evə çatdırılma

“Sülh müqaviləsi üçün bütün səylər göstərilir“ - Matviyenko

Siyasət

14 Aprel 2023 16:40 649


Rusiya Federasiyası üçtərəfli saziş çərçivəsində Ermənistan və Azərbaycan arasında mümkün qədər tez sülh müqaviləsinin imzalanması üçün bütün səyləri göstərir.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

O, MDB Parlamentlərarası Assambleyasının (PA MDB) yaz sessiyasının yekunlarına dair brifinqdə deyib: "Rusiya bir vaxtlar üç dövlət başçısının imzaladığı üçtərəfli saziş çərçivəsində sülh müqaviləsinin mümkün qədər tez imzalanması üçün mümkün olan hər şeyi edib və etməkdə davam edir". Pepperoni pizza

Brifinqdə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan və Azərbaycan Milli Məclisinin sədri Saqibə Qafarova da iştirak ediblər. Ölkələrin əlifba sırası ilə düzülüşünə görə onlar bir-birinin ardınca oturmalı olublar.

Simonyan bəyan edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyir və qoşunları sərhəddən çıxarmağa hazırdır. O, həmçinin Azərbaycan tərəfini “Ermənistana ərazi iddiaları irəli sürməyi dayandırmağa” çağırıb.

S. Qafarova da öz növbəsində Ermənistanın işğalçılıq ittihamlarını əsassız adlandırıb, bu ölkəni danışıqlar masasına qayıtmağa və sülh müqaviləsi üzərində işi davam etdirməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!