“Sülh müqaviləsinin imzalanmasına yardım göstəririk” - XİN

saytların hazırlanması

Evə çatdırılma

“Sülh müqaviləsinin imzalanmasına yardım göstəririk” - XİN

Siyasət

17 Fevral 2023 15:15 696


“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına fəal yardım göstəririk”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O deyib: “Rusiya ilə Azərbaycan arasında 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə ölkələrimiz arasında münasibətlərin yeni keyfiyyətlərini özündə birləşdirən, gələcək illər üçün bütün əsas sahələrdə əməkdaşlığın inkişafı üçün əsas istiqamətləri müəyyən edən tarixi sənəddir. Rəsmi Bakı ilə Moskva arasında münasibətlər həm regional, həm də beynəlxalq müstəvidə sabitləşdirici amildir”. pizza mizza

M. Zaxarova vurğulayıb ki, bəyannamənin müddəalarının həyata keçirilməsi istiqamətində Azərbaycanla iş aparılır və sənədin imzalanmasının ildönümü ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!