Sülh müqaviləsinin ŞOK DETALLARI: 65 min azərbaycanlı Ermənistana qayıdır

saytların hazırlanması

Evə çatdırılma

Sülh müqaviləsinin ŞOK DETALLARI: 65 min azərbaycanlı Ermənistana qayıdır

Siyasət

13 İyul 2023 12:54 7083


Erməni mediasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan arasında danışıqlar barədə məlumatlar tirajlanır. 

Yenisabah.az xəbər verir ki, Ceyk Sallivan tərəfindən Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı Armen Qriqoryana 7 bəndin təqdim edildiyi iddia olunur:

1. Sülh müqaviləsi ilin sonuna kimi və yalnız Vaşinqtonda imzalanmalıdır; Dominos pizza

2. Ermənistan tərəfi cənub regionlarına 65,000 azərbaycanlı qaçqını qəbul etmək öhdəliyini öz üzərinə götürür;

3. Azərbaycanlıların təhlükəsizlik məsələlərinin həll edilməsi üçün Zəngəzurda rəsmi Bakının müəyyən şöbəsi açılır;

4. Ermənistan 2026-cı ilə qədər Rusiya bazasını çıxarmağı və onu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəz etmək öhdəliyini götürür;

5. SSRİ dönəmində Ermənistanda olmuş Azərbaycana məxsus anklavlar geri qaytarılır;

6. Ümumdünya Gömrük Təşkilatının iştirakı ilə Zəngəzur dəhlizi açılır;

7. Ermənistan tərəfi Qarabağa iddialarından əl çəkir.

Xatırladaq ki, ABŞ tərəfinin İrəvana təqdim etdiyi 7 bəndlə bağlı rəsmi Vaşinqton hələlik rəsmi açıqlama yaymayıb. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!