Sülh prosesində yeni mərhələ: “Ermənistandan müsbət mesajlar gəlir”

saytların hazırlanması

Evə çatdırılma

Sülh prosesində yeni mərhələ: “Ermənistandan müsbət mesajlar gəlir”

Siyasət

23 İyul 2022 16:59 2031


“Ermənistan tərəfinin səmimiliyinə heç vaxt inanmaq lazım deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin hökumətin son iclasındakı çıxışından sonra Ermənistan tərəfinin hərbçilərinin sentyabra qədər bölgədən çıxarılması faktına toxunub. Mütəxəssis bildirib ki, biz dəfələrlə qarşı tərəfin öz sözlərinə sadiq qalmadığını müşahidə etmişik:

“Bizim tələbimiz sadə və birmənalıdır: 10 noyabr tarixli üçtərəfli bəyanatın 4-cü bəndində təsbit olunmuş öhdəlik icra olunmalıdır. Orada aydın şəkildə göstərilib ki, Rusiya sülhməramlılarının yerləşməsinə paralel olaraq bölgədəki erməni silahlı birləşmələri çıxarılmalıdır. Ermənistan tərəfi isə həmin birləşmələri guya "yerli özünümüdafiə qüvvələri" kimi qələmə verməklə manipulyasiya etməyə çalışır”. pizza sifarişi

Ermənistan ordusu çıxacaq, bəs “özünümüdafiə ordusu”necə?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən yayımlanan bəyanatı şərh edən politoloq bəyanatın məzmununa da toxunub: “Bəyanatın məzmunu belə idi ki, Ermənistan öz silahlı qüvvələrini Qarabağdan çıxaracaq, lakin "özünümüdafiə qüvvələri"nə toxunulmayacaq. Bu, tamamilə absurd və təhlükəli yanaşmadır. Absurddur ona görə ki, üçtərəfli bəyanatın 4-cü bəndində "erməni silahlı birləşmələri" ifadəsindən söhbət gedir. Bu isə o anlama gəlir ki, Qarabağda nə qədər əlisilahlı erməni varsa, hamısı tərksilah edilməli, yaxud da buradan çıxarılmalıdır. Təhlükəli məqam isə odur ki, İrəvanın bu cür irrasional addımları onsuzda kövrək olan sülh prosesini sabotaj etməklə vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Qarabağda qanunsuz silahlı birləşmələr varsa, bu, Azərbaycan ordusu üçün legitim hədəf deməkdir. Rəsmi İrəvan öhdəliklərini yerinə yetirməlidir, əks halda Dəmir Yumruq yenidən qalxa bilər”.

Separatçılar niyə susur?

“O ki qaldı qondarma rejimin səssiz qalmasına, ilk növbədə, onların hansısa bir bəyanat verməsini biz gözləmirik” deyən C. Əhmədli, həmçinin, onu da əlavə edib ki, qondarma rejim de-yure müstəqil olmadığı kimi, heç de-fakto da müstəqil bir qurum deyil: “Çünki onu Ermənistan dövləti öz işğalçılıq siyasətinin bir tərkib elementi olaraq yaradıb. Yəni oradakı rejimin heç de-fakto müstəqilliyi də yoxdur ki, hansısa bir bəyanatla çıxış etsin. Üstəgəl, biz belə bir açıqlamanı və bəyanatı onlardan gözləmirik. Çünki biz onları terrorçu bir rejim hesab edirik və Qarabağda ermənilərin yaratmış olduğu təsisatı belə qələmə veririk. Gec-tez onların hər biri də Azərbaycandan təmizlənəcək və təkcə nəinki silahlı birləşmələr, eləcə də özünü yerli idarəetmə qurumları ki, formalaşdırıblar, onların hamısı da ən qısa zamanda ləğv olacaq. Yəni ki, sülhməramlılaırn müvəqqəti məsuliyyət zonasında yaşayan ermənilər Azərbaycanın suverenliyini qəbul etməli olacaqlar. Çünki onların başqa bir seçimi və alternativi yoxdur”.

Problem Ermənistanladır

Müsahibimiz düşünür ki, onların buna reaksiya verib-verməməsinin də bir önəmi yoxdur. O, səbəbləri belə açıqlayıb: “Birinci ona görə ki, biz onlardan elə bir reaksiyanı gözləmirik. Çünki bizim tərəf müqabilimiz Ermənistandır və biz müharibəni də Ermənistanla aparmışıq, problemimiz də Ermənistanla olub və bu gün də Ermənistanla bəzi problemlər davam etməkdədir. Ermənistan sadəcə özünü kənarda saxlamaq üçün belə bir qondarma qurum yaradıb və həmin qurumu dəfələrlə Azərbaycanla danışıqlarda tərəf kimi iştiraka cəlb etməyə çalışıb. Amma Azərbaycanın aparmış olduğu strateji diplomatiya buna imkan verməyib. Biz onsuz da qondarma rejimi və nümayəndələrini bir tərəf və subyekt kimi qəbul etmədiyimizə görə, onun hər hansı bir açıqlaması da bizim üçün önəmli deyil. Əgər diqqət yetirmisinizsə, indiyənə qədər qondarma rejimin hər hansı bir bəyanatına Azərbaycan dövləti, ümumiyyətlə, cavab verməməyə çalışır. İkinci tərəfdən isə o cür bəyanatlar olanda biz tərəf müqabili olaraq Ermənistanın prosesdə iştirakını nəzərdə tutaraq cavab veririk”.

Onların yüyəni başqalarının əllərindədir

Separatçı qurumun bundan öncəki açıqlamarından söz açan siyasi şərhçi onu da vurğulayıb ki, onlar bir neçə dəfə bu barədə açıqlama yayıblar ki, guya Dağlıq Qarabağın “müdafiə ordusu” həmişə mövcud olacaq: “Çünki erməni mətbuatında bu barədə olan açıqlamalara və bəyanatlara rast gəlmişəm. Bu gün isə onların ağızlarına su alıb oturmasının səbəbi onların yüyəninin başqalarının əlində olmasıdır. Yəni qondarma rejim hansısa bir provokativ bir addımla çıxış etsə, demək ki, onun arxasında müəyyən xarici dairələr dayanır. Qısacası, onlar əsla özbaşına açıqlama vermirlər, nə də hərəkət etmirlər”.

Həmsöhbətimiz qeyd edib ki, Qarabağdakı siyasi birləşmələrin hamısı çıxarılacaq:

“Legitim mövqe bundan ibarətdir. Ermənistan da artıq bu istiqamətdə müsbət mesajlar gəlir. Eləcə də Rusiyanın yüksəkrütbəli bir zabiti də söz vermişdi ki, o silahlı qüvvələr bölgədən çıxarılacaq. Doğrudur, hələ ki sözlərinin üzərində durmaslar da, ümumi rəy ondan ibarətdir ki, həmin o qanunsuz silahlı birləşmələr Azərbaycanın Qarabağ bölgəsini tərk etməlidir. Belə bir gedişat var və qondarma rejim burada söz sahibi deyil”.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!