“Ermənistan ordusunun üzərində İranın təsiri var” - Sərhəddəki toqquşmanın pərdəarxası

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan ordusunun üzərində İranın təsiri var” - Sərhəddəki toqquşmanın pərdəarxası

Siyasət

12 May 2023 09:50 992


“Azərbaycan-Ermənistan liderləri ilə yanaşı, xarici işlər nazirləri arasında baş tutan görüşlər sırf sülh danışıqlarına hesablanmış görüşlərdir. Sərhəddə baş verənlərə isə adından da məlum olduğu kimi təxribatdır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib. 

Onun fikrincə, növbəti Brüssel görüşünün qarşısını almaqda bir çox güclərin marağı var: pizza sifarişi

“Nəzərə alınmalıdır ki, Ermənistan ordusunun üzərində daxilində Rusiyanın, Qərb ölkələrinin və hətta İranın belə təsiri var. Hər bir tərəf aktiv şəkildə prosesi bu və ya digər formada təxribata yönləndirə bilər. 

Görünür ki, Nikol Paşinyan Ermənistan ordusunun daxilində baş verənlərdən və bu təxribatdan xəbərdardır. Yəqin ki, ona kəşfiyyat məlumatları veriblər. Ona görə də o, Brüssel danışıqlarından imtina etməyəcəyini deyib”. 

S.Hümbətovun fikrincə, təxribatın baş verməsi ilə əlaqədar olaraq bütün danışıqları dayandırmaq nəticəsiz bir hərəkət ola bilər:

“Çünki istəyirik ki, sülh danışıqları prosesi məntiqi sonluğunu tapsın. Danışıqlar prosesi davam etməlidir və edəcək də. Azərbaycan tərəfi də böyük ehtimalla bundan imtina etməyəcək. Yəni danışıqlar davam edəcək və təxribatlar da davamlı olacaq”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!