Azərbaycan mayın 14-də keçirilməsi gözlənən Brüssel görüşənə razılıq verib, amma Kişinyov görüşü haqqında yekun razılığın verilmədiyi bildirilir.
Bu barədə mayın 11-də Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində iyunun 1-də Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə Azərbaycanla Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Marqarita pizza
Nazirliyin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Azərbaycan Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərti ilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib: "Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil".
"Azərbaycanın hərəkətləri təxribat xarakteri daşıyır və 1-4 may tarixində Vaşinqtonda keçirilən danışıqlarda qeydə alınan irəliləyişi heçə endirməyə yönəlib".
Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 11-də hökumətin iclasında iddia edib ki, sərhəddəki "təxribat" mayın 14-də Brüsseldə üçtərəfli formatda və iyunun 1-də Kişinyovda beştərəfli formatda keçirilməsi nəzərdə tutulan danışıqları pozmaq məqsədi daşıyır.
"Bazar günü (mayın 14-ü) danışıqlar üçün Brüsselə səfər etmək fikrimi dəyişməmişəm" deyən Paşinyan orada sülh sazişinin imzalanacağına bir elə də inanmadığını söyləyib: "Bazar günü Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı nə dərəcədədir? Təəssüf ki, bu imkan çox azdır, çünki sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi hələ çox ilkin mərhələdədir və onun imzalanması barədə danışmaq hələ tezdir".
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla sərhəddə baş verənlərə münasibət bildirib. Nazirlik hesab edir ki, Ermənistan sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatlarını artırır: "...Təxribatlarının, hər zaman olduğu kimi, sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir".
Müdafiə Nazirliyinin məlumatına görə, mayın 10-u axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vardenis rayonu istiqamətində mövqelərindən Azərbaycan ordusunun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub: "Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu ağır yaralanıb".
Azərbaycan mayın 11-i səhər saatlarından etibarən də həmin istiqamətdə mövqelərinin minaatanlardan atəşə tutulduğun deyir. Nazirlik Azərbaycan ordusunun "zəruri cavab tədbirləri" gördüyünü bildirir.
Telegram kanalımız