Sülh sazişi harada imzalanacaq? - “Moskva ilə Vaşinqton və Brüssel arasında rəqabət güclənəcək”

saytların hazırlanması

Evə çatdırılma

Sülh sazişi harada imzalanacaq? - “Moskva ilə Vaşinqton və Brüssel arasında rəqabət güclənəcək”

Siyasət

25 May 2023 00:24 897


"Vaşinqton və Brüssel Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sabahkı görüşü diqqətlə izləyəcək, nəticələri analiz edəcəklər".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etdikdən sonra sülh sazişinin imzalanması ehtimalı artıb: Dördpendirli pizza

"Ancaq bu saziş sabah Moskvada imzalanmayacaq. Liderlər yaxın aylarla müxtəlif şəhərlərdə görüşərək müzakirələri davam etdirəcəklər. Sülh sazişinin hansı ölkədə imzalanacağıyla bağlı Moskva ilə Vaşinqton və Brüssel arasında rəqabət güclənəcək. Ən optimal variant kimi sülh sazişinin Cənubi Qafqazın üçüncü ölkəsinin paytaxtı Tiflisdə imzalanması faydalı olardı və buna bir-biri ilə rəqabət aparan böyük oyunçular da etiraz etməzlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!