Sülhəddin Əkbərin partiyası bağlanır - 5 min üzv yığa bilmədi

saytların hazırlanması

Evə çatdırılma

Sülhəddin Əkbərin partiyası bağlanır - 5 min üzv yığa bilmədi

Siyasət

28 İyul 2023 15:17 904


Azad Demokratlar Partiyası təkrar qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyib. 

Bu barədə Yenisabah.az-a açıqlmasında partiyanın sədri Sülhəddin Əkbər bildirib. 

“Biz partiya olaraq təkrar qeydiyyat üçün müraciət etmədik. Çünki partiyamızın qeydiyyata düşmək üçün tələb olunan qədər üzvü yoxdur”,- tanınmış siyasətçi deyib. Marqarita pizza

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, KXCP, AMİP və Ağ partiya da var./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!