“Sülhməramlılar Azərbaycanın sərvətlərinin istismarının qarşısının alınması üçün tədbir görməyib”

saytların hazırlanması

Evə çatdırılma

“Sülhməramlılar Azərbaycanın sərvətlərinin istismarının qarşısının alınması üçün tədbir görməyib”

Siyasət

11 Dekabr 2022 17:04 787


“Sülhməramlılar Azərbaycanın sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün tədbir görməyib”.

Yenisabah.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib: Marqarita pizza

“Bir çox hallarda, Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib və sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!