Sülhməramlılar döyüş mövqeləri quran ermənilərə niyə müdaxilə etmir? - Polkovnikdən maraqlı   ŞƏRH

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlılar döyüş mövqeləri quran ermənilərə niyə müdaxilə etmir? - Polkovnikdən maraqlı ŞƏRH

Siyasət

04 Mart 2023 20:28 1626


“Biz Qarabağdakı separatçı rejimlə bölgədə yerləşən Rusiya sülhməramlıları komandanlığının niyyətlərini ayırmalıyıq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.

O, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbçilərinin gözü qarşısında səngər qazan qanunsuz erməni hərbi birləşmələrinin üzvlərinin sosial şəbəkələrin Azərbaycan seqmentində yayılan videolarına münasibət bildirib. Pepperoni pizza

Onun fikrincə, Qarabağda baş verənləri Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargahı və bu dövlətin siyasi beyin mərkəzləri planlaşdırıb həyata keçirirlər:

“Rusiya sülhməramlıları Qarabağ erməniləri ilə olan danışıqlardan çox narahatdırlar. Bizim Qarabağın erməni icması ilə olan görüşlərimiz və səsləndirdiyimiz istəklər normaldır. Biz inteqrasiya prosesini istəyirik, amma bu, Rusiya sülhməramlılarını heç qane etmir.

Ümumiyyətlə, Rusiyanın siyasi-hərbi beyin mərkəzləri bu coğrafiyada Azərbaycanın Ermənistanla münasibətlərinin yaxşılaşmasını qəbul etmir. Ona görə də sülhməramlıların özü Rusiyanın “parçala və hökmranlıq et” siyasətini burada davam etdirir. Çünki nə qədər konflikt şəraiti varsa, tərəflər masaya oturub danışa bilməyəcəklər. Belə olan halda da üçüncü tərəfə ehtiyac olacaq”.

Polkovnikin qənaətinə görə, Rusiyanın mövqeyi bundan ibarətdir ki, Qarabağdakı mövcudluğunu uzatmaq üçün bölgədə elə bir şərait yaratmalıdır ki, Qarabağdakı ermənilər düşünsünlər ki, Rusiya sülhməramlıları burada olmasa, guya onlar daim atəş altında olacaqlar. Ona görə də Rusiya bunu elə bir formatda edir ki, tərəflər bir-biri ilə nə siyasi, nə də icmalar səviyyəsində dialoqa gələ bilməsinlər:

“Onlar da bunun üçün qanunsuz erməni silahlıları tərəfindən yeni mövqelərin qurulmasına şərait yaradırlar. Mövqelər də elədir ki, ordumuz tərəfindən təmas xəttində açıq-aydın görünür. Təbii ki, onlar silahlı qüvvələrimizin buna reaksiya verəcəklərini bilirlər. Yəni birinci eşelon qüvvələri bu mövqelərin qurulmaması üçün atəş açmalıdırlar. Belə olan halda da lokal konflikt yaranır. Lokal konfliktdə də tərəflər itki verirlər və siyasi danışıqlar yenə də dalana dirənir”.

Hərbi ekspert aydınlaşdırıb ki, Rusiya sülhməramlılarının regionda niyyəti proseslərin onların istəyi üzərinə getməsidir:

“Amma sülhməramlıların bölgədən çıxarılmasından sonra bu məsələ sıfırlanacaq. Buna baxmayaraq, 2025-ci ilə qədər bunların bölgədə davamiyyəti olacaq. Bu dövr ərzində də Rusiya sülhməramlıları məlum konfliktləri yaradacaqlar ki, bölgədə qalma vaxtları uzadılsın.

Həmçinin, iki tərəfin görüşlərində mütləq inteqrasiya məsələsi olmalıdır, amma Rusiya istəyir ki, elə bil şərait yaransın ki, maksimum görüşlər tamamilə sıfırlansın. Rusiya sülhməramlıları bölgəyə gələndən bəri niyyətləri budur. Necə ki Donetsk, Luqansk, Dnestryanı və digər bölgələrdə yürütdükləri siyasəti həyata keçirirlərsə, Qarabağda da eynisini etmək istəyirlər. Onlar burada davamlı qalmaq niyyətindədirlər, lakin düşünürəm ki, biz bunların arzularını ürəyində qoya bilərik”.

“Hesab edirəm ki, 2025-ci ildən sonra onların bu coğrafiyadakı mövcudiyyəti mümkün olmayacaq. Ondan sonrakı məsələlərdə isə iki tərəf – Ermənistan-Azərbaycan danışacaq. Yəni ruslar gedəndən sonra Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanınmasını Ermənistan tərəfindən görəcəyik”, – Elxan Şıxəliyev sözlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!