“Erməni politoloqun nəyə əsaslandığını demək çox çətindir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsin Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.
O, 2 il sonra Rusiya sülhməramlılarının əvəzinə Xankəndidə ATƏT-in milli azlıqlar üzrə komissarının ofisinin açılacağı iddiasına münasibət bildirib: Pepperoni pizza
“İndiyədək Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi, o cümlədən Azərbaycan ərazilərində yaşayan etnik ermənilərlə bağlı olan yeganə sənəd 10 noyabr 2020-ci il üçtərəfli bəyanat və bu bəyanatdan sonra imzalanan bir sıra sənədlərdir. Bu sənədlərin heç birində ATƏT-in milli azlıqlar üzrə komissarının Azərbaycan ərazisində mövcudluğu, yaxud gələcək mövcudluğu haqqında hər hansı bir fikir yer almayıb.
10 noyabr sənədində yer alan yeganə istiqamət yalnız BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə bağlıdır. Orada da azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtması qeyd olunub. Birbaşa hansısa beynəlxalq təşkilatın, yaxud nümayəndəliyin Azərbaycan ərazilərinə məhz Rusiya sülhməramlılarının bölgəni tərk etdikdən sonra hər hansı bir halda yerləşməsi barədə məlumat yoxdur”.
BAXCP funksioneri aydınlaşdırıb ki, istənilən halda belə bir ehtimal olsa belə, həmin komissarın ofisinin Azərbaycan ərazisində yerləşməsinin yeganə yolu Azərbaycanın verə biləcəyi qərardır:
“Ümumiyyətlə, ATƏT-də bütün qərarlar konsensus yoluyla qəbul olunur. Yəni istənilən bir dövlətin buna veto qoyması, nəticə etibarilə, qərarların həyata keçirilməsinə imkan vermir. Bu aspektdən də, əgər perspektivdə belə bir ehtimal ortaya çıxacaqsa, yenə də son söz sahibi Azərbaycan olacaq”.
E. Mirzəbəylinin qənaətinə görə, erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə inteqrasiya prosesində müxtəlif vasitələrdən istifadə etmək olar:
“Bunun yeganə üslubu və yolu isə yalnız birbaşa Azərbaycan dövlətinin müəyyənləşdirəcəyi mexanizmlərlə bağlıdır. Bu mexanizmlərdən kənar isə heç bir beynəlxalq təşkilatın Azərbaycan ərazilərində bu və ya digər şəkildə iştirakı barəsində söhbət gedə bilməz”.
Partiya funksioneri əlavə edib ki, Azərbaycanda yaşayan dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara konsitusion hüquqlar verilir:
“Bu hüquqlara görə də onlar eyni səlahiyyət, vəzifə və öhdəlikləri sahibdirlər. Azərbaycanda ermənilərdən sayca çox olan etnik qruplar da var. Bu aspektdən məsələ, əgər o kontekstdən çıxarsa, belə çıxır ki, onda Azərbaycanda yaşayan hər etnik qrupu ATƏT-in bir nümayəndəsi təmsil etməlidir? Bu, çox absurd bir iddiadır. Azərbaycan öz ərazisində yaşayan bütün azsaylı xalqların hüquqlarına təminat verir və buna görə də erməniləri həmin o təminat içərisinə daxil etmək lazımdır”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız