Sülhməramlılar niyə terrorçuları tərksilah etmir? - Rus jurnalist Xankəndidə gördüklərindən danışdı   + Video

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlılar niyə terrorçuları tərksilah etmir? - Rus jurnalist Xankəndidə gördüklərindən danışdı + Video

Hadisə

02 Dekabr 2020 18:16 6564


RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun sözlərinə görə, sakinlərin demək olar ki, hamısında silah və ya partlayıcı var.

“Kiminsə çoxdan qalan qumbarası, bir başqasının avtomatı və sair. Biz məsələn Xankəndidə olanda, avtomobillə gedəndə könüllünün yanında avtomat var idi, maşının içində hər yerdə patronlar dağılmış vəziyyətdə idi. Sülhməramlılar bizi nəzarət məntəqəsində saxlayanda silahı gördükdən sonra onun qeydiyyatdan keçib-keçmədiyini soruşurdu. Təsdiq cavabı alandan sonra bizi buraxırdı”, - deyə jurnalist təəccüblə bildirib.

Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Bununla da Dağlıq Qarabağ ərazisində erməni silahlı qüvvələri olmamalıdır. Rusiyalı jurnalistin ermənilərdə kifayət qədər silah olması və bunun qarşısının sülhməramlılar tərəfindən alınmaması suallar doğurur. Bunu RBK-nın müxbiri də qizlətmir.  Dominos pizza

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!