“Laçın dəhlizini Azərbaycan hər an özü bağlaya bilər. Laçın dəhlizi Azərbaycana aiddir və Azərbaycan da bu hökmü ortaya qoymalıdır. Rusiya sülhməramlıları isə oradan cəhənnəm olub getməlidir. Dəhliz bizə aiddirsə, o yerdə heç kim bizə meydan oxuya bilməz”.
Bu sözləri Yenisabah.az-a açqılamasında hərbi jurnalist, ehtiyatda olan mayor Rahib Qərib deyib.
Laçın dəhlizinin bağlanması ehtimalından danışan mütəxəssis əlavə edib ki, Azərbaycan 2 il öncə bütün əraziləri azad edib və Qarabağa da tam cavabdehlik daşıyır: Marqarita pizza
“Laçın dəhlizi Qarabağa aiddir və məsələ də həll olunub. O yerlərdə erməninin, rusun görünməsi heç cür vəziyyətə uyğun deyil və bununla heç kəs razılaşa bilməz.
Şəxsən hərbi jurnalist olaraq deyirəm ki, kiminsə Laçın dəhlizi ilə keçməsi icazə ilə olmalıdır. Yəni ermənilər icazə alıb turist kimi gələ bilərlər, o da biz icazə verəndə”.
“Rusiya da oradan rədd olub, tərtəmiz ərazidən yığışmalıdır. Dəhliz isə o vaxt boşalacaq ki, Rusiya oradan cəhənnəm olub gedəcək. Bu ərazidə heç kimin hökmü keçə bilməz. Çünki Rusiya burada ara qarışdırıcı işlərlə məşğuldur və onun da bəlası zamanı gələndə veriləcək, ona görə də tez-bazar getsə, daha yaxşı olacaq.
Ona görə ki, o getməsə, bölgəyə sülh gəlməyəcək. Onlar hazırda bölgədə sülhməramlı adı altında araqarışdırıcı işlərlə məşğuldurlar. Çünki zamanında ruslar torpaqlarımızı işğal etdilər. Xocalıdakı soyqırımı da Rusiya törədib. İndi də həmin polkun nümayəndələri yenə də oradadır. Mən bununla razı deyiləm. Qarabağı addım-addım gəzən, Qarabağda can qoyan, Qarabağda can qoyan oğulları izləyən bir insan kimi deyirəm ki, Rusiya oradan əlini üzməsə, sülh olmayacaq”, – yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız