“Sülhməramlılar Qarabağdan sərhədə dislokasiya olunacaq”   - MARAQLI İDDİA

saytların hazırlanması

Evə çatdırılma

“Sülhməramlılar Qarabağdan sərhədə dislokasiya olunacaq” - MARAQLI İDDİA

Siyasət

02 Noyabr 2022 20:46 9692


“Əslində, Soçi məsələsinin yekunu məlum deyil. Çünki sosial şəbəkələrdə Soçi görüşünün izahı verilmədi. Həmçinin, bu, çox ciddi şəkildə Azərbaycanın qalibiyyətinin bir hissəsi idi və orada bir sıra detallar var”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

Politoloq noyabrda keçirilməsi planlaşdırılan Brüssel görüşünü sonuncu Soçi görüşündən fərqləndirən amillərdən söz açıb: pizza hut

“O ki qaldı Brüsselə, görüş əsnasında təxminən bildik ki, Soçidə sülh müqaviləsinin imzalanması imkansızdır. Ən azından, Qərbin öz gündəliyi var və bu gündəliyin Rusiya tərəfindən əvəz olunması imkansızdır. Problem də bəllidir: Ukraynadakı savaş.

Hazırda Ukraynada qlobal savaş gedir və Putin qlobal savaşın içərisindədir. Açığını deyim ki, onun gündəmində Cənubi Qafqaz, eləcə də Ermənistanla Azərbaycan arasında olan münaqişə bəlkə də sıralamada 100-cü yerdədir. Sadəcə Rusiyanın buradakı əsas məqsədi odur ki, Rusiya Cənubi Qafqazda münaqişənin olmasından ehtiyat edir və bu, baş verməsin deyə vasitəçiliyə can atır. Çünki hazırkı ciddi problem onun Ukraynadakı vəziyyətiylə bağlıdır. Ona görə ki, tendensiyalar da sərt formada gedir və Rusiyanın məğlubiyyətinə doğru haradasa impulslar hiss olunmaqdadır”.

Ə. Əlibəyli söylədi ki, Soçidən dərhal sonra biz təxmin etdik ki, Brüssel formatında görüşlər davam etdiriləcək:

“Çünki Brüssel formatının sülh bağlamaqla nəticəyə daha yaxın olmasını deyə bilərik. Bu da onunla əlaqədardır ki, Azərbaycan Prezidenti 5 şərt irəli sürmüşdü və o şərtin içərisində çox vacib məqamlardan biri bütövlükdə Qarabağ münaqişəsi bitir yanaşmasının qəbul edilməsidir. Bunu Avropa qəbul edir və belə məsələ bir daha gündəmə gəlməyəcək. İkinci məsələ isə odur ki, dövlətlərin bir-birinə qarşı iddiaları olmasın. Əsasən, burada o iddiaları da həyata keçirən Ermənistandır. Üçüncü bizim vacib olan tezislərimiz kommunikasiyalarla bağlı olan məsələlərdir. Bu da Aİ tərəfindən qəbul edilən bir arqumentdir. Ən azından, dünənki informasiyalardan da siz gördünüz ki, təxminən Azərbaycan Aİ arasında razılaşmalar kontekstində 2 milyard dollar da əlavə olundu”.

Politoloq əlavə edib:

“İndi bu məsələlərdə fərq nədən ibarətdir və nələr olacaq? Qərbin konseptual baxışı sülh müqaviləsinin imzalanması, habelə sərhədlər və kommunikasiyalara dair məsələlərin sülhə gətirib çıxarılmasıdır. Bu, böyük spektrdır və bu spektrda Aİ münaqişəyə Azərbaycanla münasibətlər kontektsində baxır. Məsələn, Ermənistanın daxili ərazi vahidi problemi, erməni xalqının gələcəyi kimi və s. məsələlərlə baxmır.

Maraqlısı odur ki, sonuncu görüşdə sərhəd komissiyalarının iclasının keçirilməsiylə bağlı razılıq əldə olundu. Fikir verirsinizsə, biz Aİ-nin vahid şəkildə Azərbaycan tərəfdarı olduğunu iddia edə bilmərik. Çünki Praqa görüşündə bir detal var idi ki, bölgəyə Aİ-nin müşahidə təşkilatı göndərilsin. Bu, Azərbaycanla sülh prosesinə zərbə vuracaq bir detal deyildi. Bu, Qərbin müxtəlif formada Ermənistana gəlib yerləşməsinin çabasıydı və Paşinyan bunu etdi”.

Siyasi analitikin sözlərinə görə, Paşinyanın Soçidəki məğlubiyyətinin əsas səbəbi Praqada Aİ-nin missiyasına razılıq verməsiydi ki, ardınca da ATƏT-in Misnk qrupunu gətirdi:

“Yəni o məsələ danışıqların detalı kimi Azərbaycana maraqlı deyil. Bizə maraqlı olan bütövlükdə sülh müqaviləsinin imzalanmasıdır. Sülh müqaviləsinin imzalanması ilə bağlı 5 prinsip isə son əldə edilən razılaşmalara əməl olunması prinsipidir.

Keçək, bunun geniş ölçüdə bir-birilə hansı formada texniki olaraq fərqi olacaq sualına. Əvvəla, texniki olaraq fərqi olacaq sualı, birincisi, dəhlizlə əlaqədar olacaq. Dəhliz məsələsində Rusiya və Qərbin də razılığı var. Sadəcə problem kimin ona nəzarət etməsindədir. İkinci məsələ olacaq sülhməramlılarla bağlı yanaşma. Aİ bu məsələyə müdaxilə etmək istəməz. Çünki bu, Azərbaycanın daxili ərazi vahidindəki yanaşmadır. Amma Soçidə biz belə bir detal gördük ki, sülhməramlılar məsələsində – hansı ki, bundan əvvəlki görüşlərdə qeyd olunurdu ki, Qarabağda olan Rusiya sülhməramlılarının nəzarət zonası – dərhal axırıncı görüşdə Qarabağ zonası sözü çıxarıldı və belə başa düşmək olar ki, Aİ bundan sonra Rusiyanın sülhməramlı kartının Ermənistan-Azərbaycan sərhədində yerləşməsi halıyla üzbəüz qalacaq. Bu da ikinci bir detaldır və bu, elə bir dönəmdə baş verir ki, Aİ bölgəyə müşahidəçi missiyası göndərir. Əslində isə müşahidəçi missiyasının altında oraya peşəkar hərbçilər yerləşib. Rusiya isə bunun qarşısını almaq üçün həmin sülhməramlıları Qarabağdan sərhədə dislokasiya edəcək”.

Həmsöhbətimiz vurğulayıb ki, növbəti məsələ isə nəzarət mexanimzləri məsələsidir:

“Aİ düşünür ki, əlində maliyyə var və Zəngəzur üzərindən iqtisadi yolun layihələndirilməsini özü həyata keçirməlidir. Bax, bu da Rusiya ilə Aİ arasında toqquşmaya səbəb verə bilər, özü də Ermənistan ərazisində. Bəs bu nə cür olacaq? Ümumiyyətlə, bu məsələ nə cür öz həllini tapacaq, bu da bəlli deyil.

Başqa bir önəmli məqam isə Azərbaycan əsir və girov düşmüş 5,000 nəfər soydaşlarının taleyi ilə bağlı konkret tələbləri var. Bu məsələ yerinə yetirilməlidir. Açığını deyim ki, yəqin ki, Azərbaycan bunu Qərbdə də qəbul etdirə biləcək. Prezident bunu Rusiyada səsləndirdi, amma ola bilər ki, Avropadakı sənədlərdə bu, həllini tapsın”.

“Nəhayət Brüsseldə anlaşıldı ki, indiki beynəlxalq güc orientsiyası və Aİ ilə Rusiya arasındakı paralellik onu göstərir ki, artıq sülh müqaviləsinin imzalanmasının Qərbdə baş tutma ehtimalı artır. Belə başa düşülür ki, sənəd mütləq şəkildə Qərbdə imzlanacaq. Çünki qüvvələr balansı Qərbin xeyrinə dəyişməkdədir”, – yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!