“Sülhməramlılar təhlükəsizliyi təmin edə bilmirlərsə, sülhü necə yaradacaqlar?“

saytların hazırlanması

Evə çatdırılma

“Sülhməramlılar təhlükəsizliyi təmin edə bilmirlərsə, sülhü necə yaradacaqlar?“

Siyasət

14 Oktyabr 2021 18:24 4815


Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. Daha sonra Lavrovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da görüşü olub. 

Bu görüşlərdən sonra Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minskdə üçtərəfli görüşlərinin olacağı gözlənilir.

Politoloq İlham İsmayıl üçtərəfli görüşü Yenisabah.az-a şərh edib. O, görüşün hədəfində Qarabağın olacağını vurğulayıb: pizza mizza

“Üçtərəfli görüşün müzakirəsinin hədəfi əlbəttə ki, Qarabağ və Ermənistan- Azərbaycan münasibətləri olacaq. Rusiya təşəbbüsü itirməməyə çalışır. Eyni zamanda Qarabağ məsələsini Qərbin və digər həmsədrlərin ələ almasını istəmir. Bu səbəbdən Rusiya MDB ölkələri xarici işlər nazirlərinin tədbiri zamanı üçtərəfli görüş təşəbbüsü ilə çıxış edib.

Rusiya İran-Azərbayacan münasibətlərindən sonra əlavə bir gərginliyin yaranmasına qarşıdır. Ağdərədə bir-birinin ardı ilə baş verən hadisələr nəzərdən qaçırılmamalıdır. Guya mülki erməninin öldürülməsi, Azərbaycan maşının atəşə tutulması... Bunlar hər biri Rusiya üçün gərginlik yaradır və Rusiya sülhməramlılarının fəaliyyəti şübhə altına düşür. Sülhməramlılar təhlükəsizliyi təmin edə bilmirlərsə, sülhü necə yaradacaqlar?

Bu gedişlə sülh doğrudan da çox uzaq görünür. Lakin gedişatda bizim də günahımız var. Ötən bir il ərzində daha sərt tələblər irəli sürə bilərdik”. 

Politoloq qeyd edib ki, üçtərəfli görüşlər keçiriləcəksə, qarşıya qoyulan ilk məsələ sərhədlərin delimitasiya və demarkasiyası olmalıdır: 

“Bu çox vacibdir. Görüşdən gözləntimiz ilk növbədə Rusiyanın təşəbbüsü yenidən ələ almasıdır.

Xırda məsələlər də var. Məsələn, nəqliyyat infrastrukturu maneələrinin aradan götürülməsi. Lakin infrastruktura Naxçıvana gedən Zəngəzur dəhlizinin aradan qaldırılması aid deyil.

Problemlərin həll edilməsi üçün qarşı tərəf də bizim maraqlarımızıa uyğun addım atmalıdır. Qarşı tərəf addım atmırsa, bizim addım atmağımız qalib ölkə statusuna uyğun gəlmir. Bu səbəbdən tələblər ciddi və sərt olmalıdır”.

Politoloq, Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşə biləcəyini istisna etməyib:

“Ehtimal var ki, görüş keçirilsin. Lakin Rusiya bu görüşün də öz patronajı altında olmasını istəyir. Bilirik ki, təkbətək görüş yenə Moskvada baş tutacaq”.

Mehri Qurban

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!