Sülhməramlıların çıxarılmasını rəsmi və qəti şəkildə tələb etsək, nə baş verər?   - “Mövcud durumda Rusiyaya qarşı...”

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlıların çıxarılmasını rəsmi və qəti şəkildə tələb etsək, nə baş verər? - “Mövcud durumda Rusiyaya qarşı...”

Siyasət

01 Mart 2023 20:40 2192


Azərbaycan Milli İstiqlal partiyasının lideri Etibar Məmmədov Moderator.az əməkdaşıyla qısa telefon söhbətində Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya son rəsmi səfəri ilə bağlı bəzi sualları cavablandırıb.

- Etibar bəy, Bakıda iki günlük rəsmi səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov bu  dəfə İrəvana getmədi. Sizcə bunu hansı məqsədlə etdi?

-Məqsəd deyəndə ki... Ermənistanla Rusiyanın münasibətləri pozulub və pozulmaqda davam edir. Kremlin baş diplomatının İrəvana getməməsi də Paşinyan hakimiyyətinə bir xəbərdarlıq idi ki, sizinlə münasibətlər tam qırılmaq üzrədir və onların düşüncəsincə, bunun da rəsmi İrəvan üçün ciddi fəsadları olacaq. Ancaq hələ ki, Ermənistan öz mövqeyini qətiləşdirməkdə, yəni Rusiyadan uzaqlaşmaqda davam edir... Pepperoni pizza

- Sizcə, əgər Azərbaycan dövləti balanslı siyasətdən yayınıb Kremlə qarşı bir az sərt mövqe tutarsa və Rusiya “sülhməramlı”larının torpaqlarımızdan çıxarılmasını rəsmi qəti  şəkildə tələb edərsə, nə baş verər? 

- Hesab edirəm ki, mövcud durumda Rusiyaya qarşı qəti şəkildə çıxmağa ehtiyac yoxdur. Çünki bu halda Azərbaycan bir neçə cəbhədə mübarizə aparmağa məcbur olacaq. Onsuz da Azərbaycana qarşı Avropa da, Qərbdə də, ABŞ-da da yolla bağlı təzyiqlər və rəsmi Bakıdan tələblər artır. Həm də  10 noyabr bəyanatına əsasən Rusiyanın “sülhməramlı” kontingentinin Qarabağda mövcudluğu müddətlidir. Və Azərbaycan dəfələrlə bildirib ki, həmin müddət bitəndən sonra Rusiya hərbçilərinə burada ehtiyac olmayacaq... Yəni rəsmi Bakı “sülhməramlı”ların çıxarılacağını faktiki olaraq öncədən elan edib... Bir sözlə, yeni cəbhə açmağa ehtiyac yoxdur...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!