"Sumqayıt" klubu növbəti futbolçu transferini gerçəkləşdirib.
“Yeni Sabah” xəbər verir ki, klubun saytında komandanın əslən azərbaycanlı Peyman Keşavarzla 6 ay + 1 illlik müqavilə imzaladığı bildirilib. 22 yaşlı müdafiəçi "gənclik şəhəri" təmsilçisində 50 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Təbrizin "Traktorsazi" komandasının yetirməsi olan Peyman Keşavarz həmin şəhərin digər klubları olan "Maşınsazi" və "Qostareş Fulad" ilə yanaşı "İstiqlal Əhvaz"ın da şərəfini qoruyub. pizza sifarişi
Telegram kanalımız