Sumqayıt küçələrində real təhlükə - Fotolar 

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt küçələrində real təhlükə - Fotolar 

Xalqın səsi

14 Aprel 2022 08:32 1581


Son vaxtlar Sumqayıtda sahibsiz itlər həddən artıq çoxalıb.

Bu barədə “Yeni Sabah”a şəhər sakinləri məlumat verib. Onlar bilidirib ki, hətta vəziyyət o yerə çatıb ki, sürü halında, mikrorayonlarda, binaların həyətlərində , parklarda, küçələrdə, digər ictimai yerlərdə özlərini komfort hiss edən minlərlə itin əlindən nəinki məktəbə gedən, çölə-bayıra çıxan uşaqlar qorxurlar, böyüklər belə çəkinirlər.

İşə tələsən sakinlər və məktəbə gedən şagirdlər itlərin kütləvi hücumuna məruz qalır. Sürü halında və gecə vaxtı küçə itləri daha təhlükəli və aqressiv olurlar. Sezar pizza

“Sumqayıtda it dişləməsi faktının çox baş verir. İl ərzində neçə yüzlərlə belə hal baş verir. Amma yalnız ölüm faktı olduqda bu məsələ gündəmə gəlir.

Neçə ki, bir neçə il əvvəl Sumqayıtda, 10-cu mikrorayon ərazisində  it dişləməsindən 20 gün sonra 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı quduzluq nəticəsində vəfat edib.

Sahibsiz küçə itləri həm də yoluxucu xəstəliklərin yayıcılarıdır. Onlar psixoloji olaraq da sakinlərə mənfi təsir edir, insanlarda narahatçılıq doğurur”. 
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!