Sumqayıt Universitetinin prorektoru vəzifəsindən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt Universitetinin prorektoru vəzifəsindən azad edildi

Maraqlı

20 Oktyabr 2023 11:29 418


Sumqayıt Dövlət Universitetinin prorektoru Atayev Qafar Nəriman oğlu vəzifəsindən azad olunub.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, o öz ərizəsi əsasında vəzifədən azad edilib.

Qafar Atayev ixtisasca mühəndis olduğu üçün o, bundan sonra Mühəndislik fakültəsində müəllim kimi fəaliyyət göstərəcək. pizza mizza

Qeyd edək ki, Qafar Atayev 1960-cı ilin sentyabr ayının 3-də Salyan rayonunun Yenikənd kəndində anadan olub. 2014-cü il yanvar ayının 16-da Sumqayıt Dövlət Universitetinin Qiyabi, distant və əlavə təhsil üzrə prorektoru vəzifəsinə təyin edilib. 2019-cu il iyun ayının 18-də Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub. 2002-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adına, 2016-cı ildə isə dosent elmi adına layiq görülüb.

30-dan çox elmi məqalənin, 2 dərs vəsaitinin və 3 tədris-metodik göstərişin müəllifidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!