Sumqayıt yolunda böyük tıxac

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt yolunda böyük tıxac

Avto

01 May 2019 18:12 1214


“Metronun 20 Yanvar stansiyasından Xırdalan dairəsinə olan 3 kilometrlik yolu 3 saatdır gedib qurtara bilmirik. Sürücülərə bu istiqamətə gəlməməyi tövsiyyə edirik”.

Sosial şəbəkədə sürücülər tərəfindən bu məzmunlu onlarla xəbərdarlıq mesajı yayılıb.

Hazırda bu yolda tıxacda qalan sürücülərin sözlərinə görə, Bakı-Sumqayıt yolunda hərəkət mümkünsüz olub.  Saatlardır davam edən tıxaca səbəb isə Bakının Binəqədi rayonu, Biləcəri dairəsi istiqamətində yolun bağlanmasıdır. Dördpendirli pizza

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata görə, ərazidə təmir işləri Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında işlər həyata keçirilir. Təmirlə bağlı Biləcəri enişindən Biləcəri dairəsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!