Sumqayıtda 15 avtomobilin şüşəsini sındıran və velosipedlər oğurlayan şəxslər saxlanılıblar.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, hadisə yerlərinə baxış zamanı əməllərin eyni şəxs tərəfindən törədildiyinə dair əsaslı şübhələr yaranıb.
Şübhəli bilinən 1977-ci il təvəllüdlü Zakir Nurəliyev saxlanılıb. İlkin araşdırmalarla onun Sumqayıtda 15 avtomobilin şüşəsini sındıraraq oğurluq etdiyi müəyyən edilib. pizza hut
Z. Nurəliyev əvəllər də oğurluq etdiyi üçün məhkum olunub və bu ilin fevralında azadlığa buraxılıb.
Bundan başqa, şəhər ərazisində binaların girişlərindən vətəndaşlara məxsus velosipedləri oğurlayan əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramil İsgəndərov saxlanılıb. Onun Sumqayıt şəhərində 20-yə yaxın velosiped oğurladığı məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız