Bu gün DİN-nin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Agentlikdən “Yeni Sabah” a verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-nin Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qeyd olunmuş ərazidə K.Kərimov küçəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd top mərmisi (1 ədəd 100 mm-lik OF-412 və 1 ədəd 125 mm-lik OF-26) aşkar olunaraq zərərsizləşdirilməsi üçün mərkəzi məhvetmə ərazisinə daşınıb. Marqarita pizza
Top mərmilərinin ətrafında 3,000 kv.m əraziyə yerüstü, 2,000 kv.məraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Telegram kanalımız