Sumqayıtda 29 yaşlı qadın itkin düşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda 29 yaşlı qadın itkin düşdü - Foto

Hadisə

04 İyun 2020 20:33 719


Sumqayıt şəhərində  29 yaşlı qadın itkin düşüb.

Yenisabah.az xəbər verir ki, 76-cı məhəllədəki fərdi tikilidə yaşayan Habil Ağəli oğlu Əliyev Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edib. 

O bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 1991-ci il təvəllüdlü Çinarə Habil qızı Əliyeva cari il mayın 27-si saat 21:00-da evdən çıxıb və bir daha geri qayıtmayıb.  pizza mizza

Qadının boyu 172 sm, saçları qara, gözləri qonur rəngdədir. Evdən çıxarkən əynində qara rəngli şalvar, tünd qırmızı rəngli köynək və qara rəngli ayaqqabı olub, özü ilə heç bir sənəd götürməyib. 

Qadını görənlər Sumqayıt Şəhər Polis İdarəsinə müracət edə və ya (077) 596 07 33 nömrəsi ilə əlaqə saxlaya bilərlər.   /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!