Sumqayıtda 36 yaşlı kişi dəm qazından boğularaq həyatını itirib.
"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Belə ki, Əbülfəz Vahabovun cansız bədəni qonşuları tərəfindən aşkarlanıb. pizza mizza
Hadisənin təfərrüatı və Əbülfəz Vahabovun son saatları barədə mərhumun yaxın dostu bunları deyib:
"Saat onun yarısında qonşulardan onu görən olub. Hamamdan qaz sızıb. Günorta saat ikinin yarısında isə qonşular artıq görüblər ki, səs-soraq yoxdur. Evdə tək olub, işdən növbədən gəlibmiş. Duş qəbul edəndə, yəqin, fikir verməyib. Qonşular xəbər çıxmadığını və qapının bağlı olduğunu görüb, hasardan tullanaraq içəri giriblər. Yanına çatanda artıq dünyasını dəyişdiyini görüblər, bədəni buz kimi imiş".
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız