Sumqayıtda binada uçqun olub, dağıntılar altında qalanlar var - Yenilənib + Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda binada uçqun olub, dağıntılar altında qalanlar var - Yenilənib + Fotolar

Hadisə

10 İyun 2020 00:41 1007


Sumqayıtda binanın giriş hissəsinin uçması nəticəsində 1970-ci il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəsarət alıblar. 

Yenisabah.az xəbər verir ki, hadisə zamanı dağıntılar altında daha üç nəfərin qaldığı bildirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib və hazırda təxliyə işləri aparılır.

Bildirilir ki, ərazidən dördü azyaşlı olmaqla, beş nəfər təxliyyə olunub.  Dördpendirli pizza

Hadisə yerinə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib.   /Report

***

Sumqayıtda yaşayış binasında uçqun hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə 12-ci mikrorayonda qeydə alınıb.

İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Hadisə zamanı dağıntıların altında qalanların olduğu bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb edilib.   /Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!