Sumqayıtda dəm qazından zəhərlənən uşaqların durumu necədir? -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların durumu necədir? - YENİLƏNDİ

Hadisə

02 Aprel 2026 14:02 353


Sumqayıtda dəm qazından zəhərlənən ailə üzvlərinin durumu açıqlanıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Sumqayıt Tibb Mərkəzindən “Yeni Sabah”a bildirilib ki, ötən gün 17:40 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.  Dominos pizza

Təcili tibbi yardım briqadaları tərəfindən 4 nəfər (2 kişi, 2 qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına təxliyə olunub.

Daha sonra Uşaq Xəstəxanasına daha 2 nəfər (2 kişi cinsli) hospitalizasiya olunub. 

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

Aytac Əliyeva

***

12:56

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

"Yeni Sabah" xəbər verir ki, məlumatına görə, hadisə ötən gün gecə saatlarında baş verib.

Məlumata görə, 2015-ci il təvəllüdlü C.C. , qardaşları - 2018-ci il təvəllüdlü M.C. , 2019-cu il təvəllüdlü H.C., bacıları - 2024-cü il təvəllüdlü G.C və 2021-ci il təvəllüdlü A.C. yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!