Sumqayıtda güclü külək faciəyə səbəb oldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda güclü külək faciəyə səbəb oldu - Video

Sosial

03 May 2025 00:56 1096


Sumqayıt şəhərində güclü külək faciəyə səbəb olub. Hadisə zavod ərazisində baş verib.

Yenisabah.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, ərazidə kərpic daşımaq üçün dayanmış yük maşınının üzərinə beton hasar aşıb. Nəticədə, sükan arxasında olan sürücü faciəli şəkildə həlak olub.

Həlak olan şəxsin Natiq Haqverdiyev olduğu müəyyən edilib. Məlumata görə, mərhum ailəli olub və 4 övladı var imiş. O, Xızı rayonunda kirayədə yaşayırmış və dolanışığını kərpic qırıntısı daşıyıb satmaqla təmin edirmiş. pizza

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Əraziyə mütəxəssislər cəlb olunublar, ekspertiza təyin edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!