Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yanğın baş verib.
“Yeni Sabah” xəbər verir ki, hadisə əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan evlərdə olub. Ümumi sahəsi 600 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin yanar konstruksiyaları 300 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız