Sumqayıtda partlayışla nəticələnən yanğın: Xəsarət alan şəxs danışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda partlayışla nəticələnən yanğın: Xəsarət alan şəxs danışdı - Video

Hadisə

13 May 2025 00:29 817


Sumqayıtda partlayışla nəticələnən yanğın hadisəsi baş verib.

Hadisə şəhərin 17-ci mikrorayonunda bina 53-ün məişət tullantıları yığılan şaxtasında qeydə alınıb. Sakinlərin bildirdiyinə görə, ərazidə qaz xəttində qaynaq işləri aparılıb.

Nəticədə, boruda yüksək temperatur yaranıb. Bu səbəbdən partlayış qeydə alınıb. pizza

"Aşağı düşəndə partlayış oldu, yaralandım. Zibil yığılan yerdə alışma olub", - deyə xəsarət alan şəxs bildirib.

Qeyd edək ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xeyli sayda texnikası cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb.

Polis əməkdaşları tərəfindən isə ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!