Sumqayıtda qəzalı vəziyyətdə olan 13 bina sökülür, 1 300 ailəyə yeni evlər veriləcək - Video

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda qəzalı vəziyyətdə olan 13 bina sökülür, 1 300 ailəyə yeni evlər veriləcək - Video

Sosial

01 Oktyabr 2025 00:52 932


Sumqayıt şəhərində uzun illər istismar olunan və qəzalı vəziyyətə düşmüş 13 yataqxana binasının söküntüsünə start verilib.

Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, 1950-ci illərdə inşa edilmiş bu binaların sökülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi rəy əsas olub. Nazirliyin müvafiq rəyi həmin binaların yaşayış üçün təhlükəli olduğunu təsdiqləyib.

İcra hakimiyyətinin sərəncamına əsasən aparılan söküntü işləri ümumilikdə 7 hektardan artıq sahəni əhatə edir və hazırda ərazidə işlər davam etdirilir. Toyuqlu pizza

Əsas diqqət isə burada yaşayan ailələrin taleyinə yönəlib. Ümumilikdə 1 300-ə yaxın ailə köçürülmə prosesi barədə məlumatlandırılıb.

İş icraçısı Vaqif Əmirovun sözlərinə görə, bütün zəruri sənədləşmə işləri yekunlaşdırılıb. Sakinlər müvəqqəti olaraq kirayə mənzillərə yerləşdiriləcəklər. Tikinti başa çatdıqdan sonra isə ailələr mərhələli şəkildə yeni, təmirli mənzillərlə təmin olunacaqlar və ya hər ailəyə razılıq əsasında kompensasiya veriləcək.

Yataqxana sakinləri illərdir davam edən mənzil problemlərinin yeni binaların inşasından sonra həll olunacağına ümid edirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!