Sumqayıtda yanğın: 4 nəfər xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda yanğın: 4 nəfər xilas edildi

Hadisə

01 İyul 2020 00:25 611


Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın yanar konstruksiyaları və ümumi dəhliz 8 m² sahədə yanıb.

Yanğın zamanı 4 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, onlardan biri tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Dominos pizza

Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!