Gəncədə narkokuryer saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, İrandan qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer Sumqayıt şəhər sakini Ramil Əliyevdir.
O, Gəncədə gizlədilən narkotik vasitəni 6000 manat qarşılığında Bakıya gətirməyə razılaşıb. Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 9 kq 507 qram narkotik maddə olan “heroin” və 30 ədəd “metadon” həbi aşkarlanarq götürülüb. pizza sifarişi
Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, fakla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız