Süni intellekt və ChatGPT kimi texnologiyaların sürətli inkişafı ilə bağlı “ChatGPT psixozu” adlı yeni bir narahatlıq yaranıb. Ekspertlər bu texnologiyaların istifadəçilərdə reallıqdan uzaqlaşma, asılılıq və psixoloji problemlər yarada biləcəyi barədə xəbərdarlıq edir.
Yenisabah.az xəbər verir ki, Türkiyə və digər ölkələrdə aparılan araşdırmalara əsasən, süni intellektin geniş yayılması ilə bərabər, insanlarda süni dünya ilə real dünya arasındakı sərhədlərin bulanması, həddindən artıq asılılıq və narahatlıq hallarının artması müşahidə olunur. Bu səbəbdən, psixoloq və texnologiya mütəxəssisləri süni intellekt tətbiqlərinə ciddi məhdudiyyətlərin gətirilməsinin vacibliyini vurğulayır.
Onlar bu texnologiyaların etik və məsuliyyətli şəkildə idarə olunması, istifadəçilərin təhlükəsizliyinin təmin olunması üçün qanunvericilik bazasının gücləndirilməsini təklif edir. Eyni zamanda, süni intellektlə bağlı maarifləndirici tədbirlərin artırılması zərurəti qeyd olunur. pizza
Rəvan Rzazadə
Telegram kanalımız