“Suqovuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun qəhrəmanlıq nümunəsidir” - Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“Suqovuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun qəhrəmanlıq nümunəsidir” - Vüqar Rəhimzadə

Siyasət

04 Oktyabr 2021 18:31 801


"Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev  oktyabrın 3-də  Bərdə və Tərtər rayonlarına səfəri çərçivçəsində Suqovuşan qəsəbəsində və Talış kəndində bayrağımızı ucaltdı. Bu mühüm hadisənin çox dərin rəmzi mənası və əhəmiyyəti vardır".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

  V.Rəhimzadə qeyd edib ki, 2020-ci il oktyabrın 3-də Suqovuşan qəsəbəsinin  və Talış kəndinin  işğaldan azad olunması Azərbaycan Ordusunun gücünün, qüdrətinin əyani təcəssümü, əsgər və zabitlərimizin qəhrəmanlıq nümunəsidir: "Bu yerləri işğaldan azad etmək naminə  ölümün gözünə dik baxmaq, müqəddəs məqsəd uğrunda  savaşa atılmaq  xalqımızın böyüklüyünü göstərir. Hər iki yaşayış məntəqəsində  Dövlət bayrağının ucaldılması ilə şəhidlərimizin əziz xatirəsinə bir daha ehtiram ifadə olundu". Pepperoni pizza

"Ölkə Prezidentinin “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışında iştirakı da bir çox məqamların təqdimatıdır" söyləyən  YAP Xətai rayon təşkilatının sədri bildirib ki,  bu mühüm hadisə Suqovuşan su anbarına nəzarətin təmin edilməsi, Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təminatı probleminin həlli deməkdir.

V.Rəhimzadə 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin döyüş meydanında məğlubiyyətlərlə  barışmayaraq  baş nazir Nikol Paşinyanın tapşırığı ilə  iki dəfə Gəncə şəhərini, daha sonra Bərdə və Tərtəri raket atəşinə tutmalarından  bəhs edərək bildirib ki, cənab İlham Əliyevin səfər çərçivəsində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin "Smerç" raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxması və onun əvəzinə  inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olması bir daha  erməni vəhşiliklərinin təqdimatında  mühüm rol oynadı. 

Müharibə vaxtı zərər çəkmiş vətəndaşların yaşayış və digər problemlərinin həlli ilə bağlı görülən işlərdən bəhs edən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev  hər zaman hər bir Azərbaycan  vətəndaşının yanındadır: 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!