“Bir neçə gün öncə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Bakı Dövlət Universitetinin Nizamnaməsi”ndə publik hüquqi şəxs statuslu universitetin fəaliyyət istiqamətlərinə bakalavriat təhsil səviyyəsində tam orta və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması, magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi, doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi, orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi və elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması kimi ciddi məsələlər öz əksini tapıb”.
Bu sözləri “Yeni Sabah”a təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, BDU-nun nizamnaməsində universitetin ali idarəetmə orqanı Elmi Şuradır:
“Universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır. Himayəçilər Şurası ali təhsil müəssisələrinin inkişafına yardım edən, ictimai əsaslarla fəaliyyət göstərən strukturdur. Təhsilin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan Himayəçilər Şurasının üzvləri müxtəlif peşə sahibləri olan nüfuzlu şəxslərdən təşkil edilir. Şuranın məqsədi elm və təhsilin inkişaf etdirilməsi, milli təhsilin nüfuzunun yüksəlməsi, ona əlavə dəstək verilməsidir. Bu şura üzvləri müxtəlif peşə sahibləri olduqları üçün BDU-nun məzunlarının əmək bazarında daha tez iş tapmasına kömək edəcək, hazırlanan kadrların əmək bazarının tələblərinə cavab verməsi istiqamətində mühüm addım olacaq. Şura universitetin qanuni fəaliyyətinin həyata keçirilməsində, ali təhsil müəssisəsinin inkişafına mane olan aktual problemləri həll etməkdə köməklik göstərəcək. Bundan başqa, universitetdə təhsil xidmətlərinin rəqabət qabiliyyətliliyinin təmin edilməsi, universitetin tədqiqat və təhsil, mədəni və intellektual mərkəz kimi inkişafına dəstək verilməsi, ali təhsil müəssisəsinin dövlət, ictimai və biznes strukturları ilə əməkdaşlığının təşviq edilməsi şuranın səlahiyyətlərinə daxildir. Şura beynəlxalq təhsil, elmi, texniki və mədəni əməkdaşlığın inkişafına yardım etməklə yanaşı, təhsil müəssisəsinə büdcədənkənar vəsaitlərin cəlbi və universitetin infrastrukturunun inkişafı, maddi-texniki bazasına dəstək verilməsi funksiyalarını da həyata keçirəcək”. Marqarita pizza
Əsmər Qabil
Telegram kanalımız