Azərbaycan Mətbuat Şurasının sədri, sabiq millət vəkili Əflatun Amaşob Ermənistan müdafiə nazirliyinin keçmiş mətbuat katibi Artsrun Hovhannisyanla bağlı acı xatirəsini bölüşüb.
Yenisabah.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə status paylaşıb.
Ə.Amaşov qeyd edib ki, təxminən 5-6 il bundan öncə Tbilisidə beynəlxalq toplantıda A.Hovhannisyanla qarşılaşıb: Toyuqlu pizza
“Tbilisidə beynəlxalq konfransın iştirakçısı idim. Mövzu regioanal media əməkdaşlığı barədə idi. Çıxış etdim və bildirdim ki, əməkdaşlıq üçün hər cür imkanlar var, sadəcə Ermənistan tərəfindən davam edən işğal məsələnin əməli müstəvidə reallaşması üçün ciddi maneə yaradır. Onu da bildirdim ki, bizim güclü ordumuz var, ancaq işğaldakı torpaqlarımızı müharibə ilə deyil, sülh yolu ilə qaytarmaq istəyirik. Çıxışımı bitirər-bitirməz Ermənistan nümayəndə heyətinin tərkibində yer alan Artsrun Hovhannisyan söz aldı və xüsusi saymazyana, özündən müştəbeh tonla təxminən bu fikirləri bildirdi – torpaqdır, qan töküb almışıq, yaxşı eləmişik, gücünüz çatırsa, hünəriniz varsa, müharibə edin, qan tökün, ala bilsəniz, alın. Həmin vaxt susdum. Nə demək olardı ki?.. Bu, həmin Hovhannisyandır ki, bir neçə gün öncəyədək Ermənistanın Müdafiə Nazirliyinin əsas sözçüsü idi. Erməni cəmiyyəti məhz onun dilindən cəbhə xəbərlərini, daha doğrusu yalanları eşidirdi. Mən də hər dəfə bu adamın sifətini görəndə Tbilisidə yaşadığım mənzərəni və həmin mənzərənin doğurduğu heç zaman unutmadığım ağır hissləri təkrarən yaşayırdım”.
Şura sədri qeyd edib ki, Azərbaycan məhz Hovhannisyanın dediyi kimi edib:
“Düşmənə döyüş meydanında qələbə qazanaraq torpaqlarımızı geri qaytardıq. Hovhannisyan isə mənən yoxdur artıq. Ancaq onun dediyi sözlərin və yaşadığım susqunluğun ağrısı unudulacaqmı? Bunu zamanın öhdəsinə buraxıram”.
Telegram kanalımız