Suraxanıda növbəti küçə asfaltlandı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda növbəti küçə asfaltlandı - Fotolar

Sosial

11 Noyabr 2022 15:02 656


Suraxanı rayonunda da yollarda aparılan quruculuq işləri davam etdirilir.

Yenisabah.az xəbər verir ki, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində məhəllədaxili yolların torpaq və çınqıl örtüklü olması vətəndaşların gediş-gəlişində müəyyən çətinliklər yaradırdı.

Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən küçədə uzunluğu 1000 m olan yolda 6000 kv.m asfalt örtüyü salınır.Yolun əsaslı şəkildə yenidən qurulması sakinlərin gediş - gəlişini xeyli rahatlaşdıracaq, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkətinə imkan yaradacaq. pizza

Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!