Suraxanıda növbəti küçələr asfaltlanır   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda növbəti küçələr asfaltlanır - Fotolar

Sosial

26 Sentyabr 2022 17:47 1527


Suraxanı rayon ərazisində qəsəbələrarası və məhəllədaxili küçələrdə asfaltsız yolların yenidən qurulması və abadlaşdırılması mərhələli şəkildə həyata keçirilir. 

Yenisabah.az xəbər verir ki, vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 13-cü döngədə uzunluğu 650 metr olan yolda 3900 kv.m, 16-cı döngədə isə uzunluğu 1000 metr olan yolda 6000 kv.m asfalt örtüyü salınır.

Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.  Sezar pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!