Suraxanıda şəhid doğum günündə anıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda şəhid doğum günündə anıldı - Fotolar

Sosial

20 Yanvar 2024 21:39 631


Bu gün Vətən müharibəsində qəhərmancasına döyüşərək şəhadətə ucalan Orucov Səbuhi Vahid oğlunun #doğum günüdür. 

Yenisabah.az xəbər verir ki, Səbuhi Orucovun doğum günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, şəhid ailələri şəhidin bulaq-abidə kompleksini ziyarət ediblər.

1993-cü il yanvarın 20-də Bakı şəhərində anadan olan Səbuhi Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək oktyabrın 26-da Laçın döyüşüşləri zamanı şəhid olub. Sezar pizza

O, ölümündən sonra Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq 3-cü dərəcəli "Vətənə xidmətə görə" və "Azərbaycan Bayrağı" ordenləri, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. 

Bir 7 kişi ve yazı görseli olabilirBir 10 kişi görseli olabilir

Bir 1 kişi ve yazı görseli olabilir


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!