“Sürət həddini aşmağa görə sizi postda saxlaya bilməzlər”

saytların hazırlanması

Evə çatdırılma

“Sürət həddini aşmağa görə sizi postda saxlaya bilməzlər”

Avto

28 İyun 2024 11:44 11736


“Sürət həddini aşmısınızsa, heç kim sizi DYP postunda saxlayıb cərimələyə bilməz”.

Bu barədə Baş DYP İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev ATV-də qonaq olarkən danışıb.

O bildirib ki, sürət həddi ilə bağlı protokollar elektron qaydada tərtib edilir: “Stasionar postda yol patrul xidmətinin əməkdaşı sürücünü saxlayıb sənədlərə baxış keçirə bilər. Lakin hər hansı qayda pozuntusu yoxdursa, ona protokol tərtib edə bilməz. pizza sifarişi

Və yaxud DYP əməkdaşı iddia edə bilməz ki, siz yolda sürət həddini keçmisiniz və sizə əllə protokol yazırıq. Çünki vizual olaraq sürət həddinin aşılmasını müəyyən etmək mümkün deyil, belə bir anlayış yoxdur. Bu hal yalnız xüsusi texniki vasitə ilə aşkar edilə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!